“Real”ın sabiq oyunçusu İvan Zamorano komandanın hücumçusu Vinisius Junior haqqında fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Madrid klubunun braziliyalı oyunçudan ayrılmamalı olduğunu düşünür:
“Vinisius güclü xarakterə malikdir. O, matçlar zamanı rəqiblərinə qarşı mübarizə aparır, lakin meydandan kənarda şübhəli açıqlamalar vermir və lazımsız səs-küy salmır.
“Real”ın klubu sərt şəkildə müdafiə edən oyunçulara ehtiyacı var, hətta bu, rəqiblərlə toqquşmaq demək olsa belə. Vinisius da onlardan biridir”.
25 yaşlı futbolçunun “Real”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

