“Real”ın və “Mançester Yunayted”in sabiq müdafiəçisi Rafael Varan Madrid klubuna keçidindən sonra yaşadığı psixoloji problemlərdən danışıb.
Sportinfo.az “Le Monde”-yə istinadən xəbər verir ki, fransalı sabiq futbolçu “Real”a keçidindən sonra ilk problemlərinin başladığını bildirib:
“Real”a keçidimdən sonra ilk problemlərim başladı. Mən 18 yaşında idim və normal gənclik yaşaya bilmirdim.
Tək idim, daim məşq edirdim və demək olar ki, oynamırdım. Xəyallarımın sönməsi kimi hiss edirdim.
Meydanda tam fokuslanırdım, amma sonra evə dönmək istəmirdim. Bu, depressiya idi. Heç bir şeydən zövq almırdım.
Mənə görə bu, uğur qazanmaq üçün ödəməli olduğum qiymət idi. 2018-ci il dünya çempionatından sonrakı dövr də çox çətin oldu.
Xəyallarına çatırsan, dünya futbolunun zirvəsində olursan, sonra isə çöküş gəlir. Pandemiya mənə bu depressiv vəziyyətdən çıxmağa kömək etdi.
Bütün bu emosiyaları idarə edə bildim və yenidən başladım. Oyun qrafiki də böyük problem idi.
Mən başa düşürəm, bu biznesdir. Ya yüz faiz oynamırsan, ya da robot kimi oynayırsan.
Fiziki zədələrin sayı artır və bu, əlbəttə ki, oyunçuların psixoloji sağlamlığına ciddi təsir göstərir.
Bu, mənim futboldan ayrılma səbəblərimdən biri oldu. Qrafik dəli edirdi”.
Varan 2011–2021-ci illərdə “Real”da çıxış edib. O, klubla üç dəfə İspaniya çempionu, eyni sayda İspaniya kubokunun, həmçinin, dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

