Hansı klubda oynamaq istədiyinə qərar verdi - “Barselona”nın hücumçusu

22:00 İspaniya 75
Hansı klubda oynamaq istədiyinə qərar verdi - “Barselona”nın hücumçusu

“Barselona”nın hücumçusu Markus Reşfordun gələcək mövsümdə hansı komandada çıxış etmək istədiyi məlum olub.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu yayda “Barselona”ya daimi keçidi üçün israr edir, ancaq PSJ-nin güclü marağı transferi çətinləşdirə bilər.

Onun məxsus olduğu “Mançester Yunayted” Reşforda güvənmir və onu komandadan göndərmək istəyir.

PSJ vəziyyəti yaxından izləyir və “Barselona”ya keçid baş tutmasa, fürsətdən yararlanmağa hazırdır.

İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 19 oyunda iştirak edib, 6 qol vurub və 9 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti