“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo “Atletiko” ilə keçirilən və 3:1 hesablı qələbə qazandıqları matçda aldığı zədə səbəbindən komandasının qarşıdakı oyunlarını buraxacaq.
İspaniyalı oyunun 65-ci dəqiqəsində ikinci qolu vurduqdan dərhal sonra əvəzlənib. Aparılan müayinələrdən sonra ona çiyin çıxığı diaqnozu qoyulub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi təxminən üç həftə meydana çıxa bilməyəcək.
“Barselona” bu müddətdə “Betis” (6 dekabr), Frankfurt “Ayntraxt”ı (UEFA Çempionlar Liqası, 9 dekabr), “Osasuna” (13 dekabr) və “Vilyarreal” (21 dekabr) komandaları ilə qarşılaşacaq.
Olmo cari mövsümdə 17 matçda iştirak edərək, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

