“Biz zövq almaq istəyirik” - “Qarabağ”ı məğlub edən komandanın baş məşqçisi

00:20 İspaniya 60
“Biz zövq almaq istəyirik” - “Qarabağ”ı məğlub edən komandanın baş məşqçisi

“Atletik”in baş məşqçisi Ernesto Valverde La Liqanın 19-cu turunda “Real”la keçiriləcək (3 dekabr) oyundan əvvəl açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis oyun barədə danışarkən, həm zövq almaq, həm də rəqabətədavamlı olmaq istədiklərini bildirib:

“Biz həm zövq almaq, həm də rəqabətədavamlı olmaq istəyirik. Bu görüş azarkeşlərimizin səbirsizliklə gözlədiyi qarşılaşmadır və biz çempionluğa iddialı komanda qarşısında yaxşı çıxış etmək istəyirik.

Bu matç yalnız üç xal üçün deyil, qələbənin yaratdığı impuls çox önəmlidir”.

Baş məşqçi həmçinin, “Real”ın çalışdırıcısı Xabi Alonsonu yüksək qiymətləndirib:

“Xabi Alonsonu tənqid edirlər? O, əla məşqçidir. Belə klublarda həmişə qələbə gözləyirlər. Onlar boş yerə turnir cədvəlinin yuxarı hissəsində deyillər və biz çox diqqətli olmalıyıq”.

“Atletik” UEFA Çempionlar Liqasının 3-cü turunda evdə “Qarabağ”la qarşılaşıb – 3:1.

Hazırda “Real” La Liqada 33 xalla turnir cədvəlinin 2-ci, “Atletik” isə 20 xalla 8-ci pilləsindədir.

Digər Xəbərlər
Xəbər Lenti
3 Dekabr 18:10 Çək və bizə göndər!