“Qollar yalnız Mbappenin üzərində olan məsuliyyət deyil”

3 Dekabr 2025 21:40 İspaniya 875
“Qollar yalnız Mbappenin üzərində olan məsuliyyət deyil”

“Real”ın baş məşqçisi Xabi Alonso komandanın hücumçusu Kilian Mbappenin rolundan danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, fransalı futbolçunun oyuna verdiyi töhfənin yalnız vurduğu qollarla məhdudlaşmadığını bildirib:

“Mbappe artıq Madriddə tam bir mövsüm keçirib. Hamınız onun ötən il PSJ-dən necə ayrıldığını bilirsiz.

O, çox yaxşı oynayır, amma dediyim kimi, qollar yalnız Mbappenin üzərində olan məsuliyyət deyil.

Onun rolu daha böyükdür: liderlik, təsir gücü, hər gün gördüyü iş… Bunlar bizim üçün son dərəcə vacibdir”.

“Real” bu gün La Liqa çərçivəsində “Atletik”lə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü