“Həm özümüzü, həm baş məşqçini və onun heyətini qorumaq lazımdır”

28 Noyabr 2025 00:00 İspaniya 547
“Həm özümüzü, həm baş məşqçini və onun heyətini qorumaq lazımdır”

“Real”ın hücumçusu Kilian Mbappe baş məşqçi Xabi Alonsonun istefa verəcəyi barədə yayılan söz-söhbətlərə münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu, baş məşqçini dəstəkləməli olduqlarını deyib:

“İnsanlar çox danışır. Biz baş məşqçimizi dəstəkləməliyik. Komanda olaraq birlikdə olmalıyıq, həm özümüzü, həm də baş məşqçini və onun heyətini qorumaq lazımdır”.

“Real” UEFA Çempionlar Liqasının 5-ci turunda “Olimpiakos”u səfərdə 4:3 hesabı ilə məğlub edib. Mbappe bu matçda 4 qol vuraraq pokerlə yadda qalıb.

Madrid təmsilçisi noyabrın 30-da, İspaniya La Liqasının 14-cü turunda “Jirona” ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti