“İstefa şayiələri? Məni narahat etmir" - Yayılan xəbərlərə münasibət bildirdi

26 Noyabr 2025 18:40 İspaniya 696
“İstefa şayiələri? Məni narahat etmir" - Yayılan xəbərlərə münasibət bildirdi

“Real”ın baş məşqçisi Xabi Alonso mümkün istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az “Madrid Universal”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bu şayiələrin onu narahat etmədiyini deyib:

“İstefa şayiələri? Məni narahat etmir. Mənim üçün ən vacib olan komandamızın matçlarda və məşqlərdə göstərdiyi oyundur.

Qalanı maraqlı deyil. Komanda hazırkı vəziyyətdən razı deyil. Amma əminəm ki, daha yaxşı olacağıq”.

Bir müddət əvvəl mətbuatda Alonsonun “Real”dan ayrılıb karyerasını “Liverpul”da davam etdirə biləcəyi barədə iddialar ortaya çıxmışdı. O, Madrid komandasının “sükanı arxasına” yayda keçib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!