"Onlar dünyanın ən yaxşı futbolçuları arasında olacaq"

00:20 İspaniya 54
"Onlar dünyanın ən yaxşı futbolçuları arasında olacaq"

“Barselona”nın vingeri Rafinya komanda yoldaşı Lamin Yamal, həm də "Çelsi"nin futbolçusu Estevao haqqında fikirlərini bölüşüb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu, Yamal və Estevaonun inanılmaz səviyyəli oyunçular olduğunu bildirib:

“Yamal və Estevao inanılmaz səviyyəli oyunçulardır. Onlar dünyanın ən yaxşı futbolçuları arasında olacaq.

Böyük istedada malikdirlər. Hər şey onların öz əlindədir.

Doğru yoldadırlar və həm komandalarında, həm də yığmalarında mövqelərinin ən yaxşısı ola bilərlər”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!