“Real”a qayıtmağa razılıq verdi - Ancaq yanvarda yox

22:00 İspaniya 118
“Real”a qayıtmağa razılıq verdi - Ancaq yanvarda yox

“Komo”nun yarımmüdafiəçisi Nikolas Pas “Real”a qayıtmağa razılıq verib. O, 2023/24 mövsümündə Madrid təmsilçisinin heyətində çıxış edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı artıq “kral klubu”na dönüş üçün razılığını bildirib, ancaq transfer yanvarda baş tutmayacaq.

“Real”ın futbolçunu geri almaq maddəsi yalnız yay transfer pəncərəsinə şamil olunur və keçid iyunda rəsmiləşəcək.

21 yaşlı yarımmüdafiəçi bu mövsüm A Seriyasında “Komo”nun heyətində bütün turnirlər daxil olmaqla 12 oyunda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti