Argentinalı hücumçu Lionel Messi 2023-cü ilin yayında “Barselona”ya qayıtmalı idi, ancaq müqavilə son anda baş tutmayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin vaxt Messinin “Barsa”ya keçidi demək olar ki, yekunlaşıb.
Klub onunla anlaşıb və La Liqa rəhbərliyi müqaviləyə ilkin razılıq verib.
Ancaq bir müddət sonra vəziyyət kəskin şəkildə dəyişib. La Liqa rəhbərliyi müqavilənin qeydiyyatına icazə verə bilməyəcəklərini açıq şəkildə bildirib.
Çünki “Barselona”nın o dövrdəki maliyyə vəziyyəti transferin başa çatmasına imkan vermirdi. Bu səbəbdən də kataloniyalılar danışıqları dayandırıb.
PSJ-dən ayrılan Messi “İnter Mayami”nin təklifini qəbul edib və ABŞ-a yollanıb.

