“Barselona”dan icarəyə götürülmüş, hazırda “Elçe”nin qapıçısı olan İnyaki Penya La Liqanın 13-cü turunda “Real”a (2:2) qarşı matçın qəhrəmanlarından biri olub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun yarımmüdafiəçisi Qavi ispaniyalı futbolçunu tərifləyib:
“Afərin, Penya! Sənin üçün çox şadam, qardaşım!”
Hazırda turnir cədvəlində 32 xalla “Real” liderlik edir. “Barselona” 31 xalla ikincidir.

