“Geri qayıdan oyunçularımızın olub-olmayacağını bilmirəm”

24 Noyabr 2025 12:20 İspaniya 661
“Geri qayıdan oyunçularımızın olub-olmayacağını bilmirəm”

“Barselona”nın prezidenti Xuan Laporta noyabrın 25-də, “Stemford Bridc”də Çempionlar Liqasının 5-ci turu çərçivəsində “Çelsi”yə qarşı keçirəcəkləri oyun haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Barsa”nın “Çelsi”ni səfərdə məğlub etməli olduğunu düşünür:

“Londonda qalib gəlməliyik, amma bu asan deyil. Fantastik komandamız var. Bu matç üçün zədədən geri qayıdan oyunçularımızın olub-olmayacağını bilmirəm.

Rafinya geri qayıtdı və meydana çıxdıqdan dərhal sonra demək olar ki, qol vurdu.

“Çelsi” çox balanslı komandadır. Öz oyunumuzu oynasaq, çoxlu şansımız olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti