“Heç bir yayımçı deməyib ki, o, gedibsə, daha az pul ödəyəcəyik”

10:20 İspaniya 87
“Heç bir yayımçı deməyib ki, o, gedibsə, daha az pul ödəyəcəyik”

La Liqanın prezidenti Xavyer Tebas liqanın inkişafında ulduz futbolçuların deyil, klubların və güclü rəqabətin həlledici rol oynadığını bildirib.

Sportinfo.az xəbər verir ki, o, məsələ ilə bağlı İspaniya mətbuatına açıqlamasında Səudiyyə Ərəbistanı çempionatı ilə müqayisə aparıb.

“Əlbəttə, istəyərdim ki, Messi, Ronaldo, Mourinyo, Qvardiola – hamısı La Liqada olsun. Amma davamlı inkişafın açarı bu deyil.

Futbolçular gəlir-gedir, liqanı güclü edən klublar və rəqabətdir. Səudiyyə Ərəbistanında ulduzlar çoxdur, amma onların liqası yenə də dünyanın ən güclüləri sırasına yüksələ bilmədi”, – deyə o söyləyib.

Tebas həmçinin vurğulayıb ki, ulduzların gedişi La Liqanın yayım gəlirlərinə təsir etmir:

“Heç bir yayımçı deməyib ki, Messi gedibsə, daha az pul ödəyəcəyik. Çünki müqavilələr 5-7 illik olur və əsas məsələ liqanın rəqabətcil qalmasıdır.

Liqanın gücü uzunmüddətli strategiya və sabit rəqabət mühitindən keçir”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...