Yeni mərkəz hücumçusu ilə bağlı qərar verdi - “Barselona”

24 Noyabr 2025 00:10 İspaniya 771
Yeni mərkəz hücumçusu ilə bağlı qərar verdi - “Barselona”

“Barselona” rəhbərliyi yeni mərkəz hücumçusu ilə bağlı qərar verib.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etməkdən imtina edib.

Klub “Bayern”in futbolçusu Harri Keyni transfer etmək üçün bütün səylərini əsirgəməyəcək.

Eyni zamanda, ingilis futbolçunun transferi “Barselona”ya daha ucuz başa gələ bilər. Keynin “Bayern”lə müqaviləsində 65 milyon avroluq sərbəstqalma maddəsi var.

32 yaşlı hücumçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti