Uilyams üçün 70 milyon avro təklif etməyə hazırdır - Premyer Liqadan iki klub

24 Noyabr 2025 00:00 İspaniya 683
Uilyams üçün 70 milyon avro təklif etməyə hazırdır - Premyer Liqadan iki klub

“Çelsi” və “Tottenhem” eyni oyunçu üçün transfer bazarında qarşılaşacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubları “Atletik”in futbolçusu Niko Uilyamsı transfer etməkdə maraqlıdırlar.

Hər iki klub 23 yaşlı oyunçu üçün 70 milyon avro təklif etməyə hazırdır.

Uilyams bu ilin yayında “Barselona” ilə sıx əlaqədə idi, lakin oyunçu sonda “Atletik”lə 2035-ci ilin ortalarına qədər olan uzunmüddətli müqavilə imzaladı.

O, cari mövsümündə 10 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti