"O, həmişə qol və məhsuldar ötürmə axtarır" - “Barselona”nın baş məşqçisi

20:50 İspaniya 104
"O, həmişə qol və məhsuldar ötürmə axtarır" - “Barselona”nın baş məşqçisi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Atletik” üzərində 4:0 hesablı qələbədən sonra hücumameylli yarımmüdafiəçi Fermin Lopesin oyununu yüksək qiymətləndirib.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun komanda üçün böyük dəyər olduğunu söyləyib:

“Lopes çox dinamikdir və bu, bizim üçün böyük bir dəyərdir. O, istənilən vəziyyətdə topu saxlaya bilir və daim komanda üçün yer yaradır.

Bunu izləmək xoşdur. O, həmişə qol və məhsuldar ötürmə axtarır”.

22 yaşlı futbolçu bu mövsüm Kataloniya klubunda 12 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!