Portuqaliya millisinin və PSJ-nin yarımmüdafiəçisi Vitinya karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə “Real” maraqlanır.
“Kral klubu”nun rəhbərliyi futbolçu üçün təxminən 150 milyon avro təklif etməyə hazırdır. “Real” Vitinyanı yarımmüdafiəyə əhəmiyyətli bir təkan olaraq görür.
Portuqaliyalı futbolçu 2025-ci ildə keçirilən “qızıl top”un səsverməsində üçüncü olub. Vitinyanın PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq. Onun bazar dəyəri 90 milyon avrodur.

