La Liqanın prezidenti “Barselona”ya görə məhkəməlik oldu - Məxfi məlumatları yayıb

00:00 İspaniya 105
La Liqanın prezidenti “Barselona”ya görə məhkəməlik oldu - Məxfi məlumatları yayıb

İspaniyanın İdman Administrativ Tribunalı (TAD) La Liqa prezidenti Xavyer Tebasın “Barselona”ya aid məxfi məlumatları yaydığı iddiası üzrə rəsmi araşdırma açıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, İş “Kamp Nou” stadionundakı yeni VIP lojalarla bağlı məlumatların açıqlanmasına aiddir.

Belə ki, 2025-ci ilin aprelində La Liqa “Barselona”nı maliyyə feyr-pley qaydalarını pozmaqda – stadionda yerləşən 475 VIP yerin satışından əldə edilən 100 milyon avronu hesabatlara daxil etməməkdə ittiham etmişdi. Klub isə Tebası gizlilik qaydalarını pozmaqda suçlamış, bundan sonra Liqa həmin məlumatı rəsmi saytdan silmişdi.

Daha əvvəl İspaniyanın Milli İdman Şurası (CSD) məlumatların paylaşılmasını “çox ciddi pozuntu” kimi qiymətləndirərək şikayəti TAD-ə yönləndirmişdi.

Araşdırma Tebasın qaydaları pozduğunu təsdiqləsə, onu üç cəza variantından biri – rəsmi xəbərdarlıq, 2 aydan 1 ilə qədər vəzifədən müvəqqəti uzaqlaşdırma və ya La Liqa prezidentliyi postundan azad olunma gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 08:20 Azərbaycan 10-cu oldu