“Barselona” ingiltərəli müdafiəçini almağa hazırlaşırmı?

22 Noyabr 2025 21:40 İspaniya 711
“Barselona” ingiltərəli müdafiəçini almağa hazırlaşırmı?

“Barselona” “Kristal Pelas”ın müdafiəçisi Mark Quehini yanvar transfer pəncərəsində heyətinə qatmağı planlaşdırmır.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu mövsümün sonunda azad agent statusu alacaq və yayda istədiyi klubla transfer haqqı ödənmədən müqavilə bağlaya biləcək.

İngiltərə millisinin üzvü olan Quehi Avropanın bir sıra klublarının diqqətini çəkib. Onun durumunu yalnız “Barselona” deyil, “Bayern”, PSJ, “Liverpul” və “Real” da yaxından izləyir.

25 yaşlı futbolçu özü də “Kristal Pelas”la müqavilənin müddətini uzatmaq niyyətində olmadığını açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!