Messinin “Barselona”ya qayıtması realdır? - Klub prezidenti AÇIQLADI

10:20 İspaniya 110
Messinin “Barselona”ya qayıtması realdır? - Klub prezidenti AÇIQLADI

“Barselona”nın prezidenti Joan Laporta klubun sabiq kapitanı və əfsanəsi Lionel Messinin kluba futbolçu kimi geri dönməsi ilə bağlı yayılan söz-söhbətlərə nöqtə qoyub.

Sportinfo.az xəbər verir ki, Laporta açıqlamasında iddialara qəti cavab verib.

“Messinin futbolçu kimi “Barselona”ya qayıtması real deyil. Hazırda onun “İnter Mayami” ilə müqaviləsi var”, – deyə klub rəhbəri bildirib.

Prezident əlavə edib ki, klub keçmişə deyil, gələcəyə fokuslanmalıdır:

“Biz hazırkı komanda və gələcək üçün layihə qururuq. Keçmişlə yaşasan, irəli gedə bilməzsən”.

Laportanın bu sözləri Messinin karyerasını Kataloniyada davam etdirmək ehtimalını faktiki olaraq tam bağlayır.

Bununla belə, klub prezidenti daha əvvəl Messiyə layiqli hörmət göstərilməsinin planlaşdırıldığını, hətta “Camp Nou” ərazisində onun heykəlinin ucaldılması ilə bağlı layihənin müzakirə olunduğunu xatırladıb.

Qeyd edək ki, argentinalı ulduzun yenidən qurulan “Camp Nou” stadionuna gözlənilməz səfəri onun mümkün qayıdışı barədə müzakirələri yenidən alovlandırmışdı.

Dörd ildən çoxdur ki, Messi klubdan gözlənilməz və məyusedici şəkildə ayrılıb. Hərdən səslənən “qayıdış ehtimalları” isə onun “İnter Mayami” ilə uzunmüddətli müqavilə imzalaması fonunda real görünmürdü.

Üstəlik, Messinin Laporta ilə münasibətlərinin gərgin olması bu ehtimalı daha da zəiflədirdi.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 08:30 Elçinin nə problemi var?