“Artıq 33 yaşım var, futbola hələ çox şey verə bilərəm”

22 Noyabr 2025 18:20 İspaniya 633
“Artıq 33 yaşım var, futbola hələ çox şey verə bilərəm”

“Atletiko”nun yarımmüdafiəçisi Koke yaşı ilə bağlı danışıb.

Sportinfo.az AS nəşrinə istinadən xəbər verir ki, o, hələ futbolçu karyerasını bitirməyi planlaşdırmadığını bildirib:

“Artıq 33 yaşım var və özümü hələ də gənc hesab edirəm. “Atletiko”ya və İspaniya futboluna hələ çox şey verə bilərəm”.

İspaniyalı futbolçu bütün karyerasını “Atletiko”da keçirib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti gələn yay başa çatacaq.

Koke bu mövsüm 18 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!