“Barselona”nın sol cinah müdafiəçisi Jerar Martin məşqdə komanda yoldaşı Lamin Yamala qarşı oynamaqdan danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Hamı Yamalın nələrə qadir olduğunu bilir. Məşqdə ona qarşı müdafiə olunmaq çox çətindir, amma bu, mənim inkişaf etməyimə və matçlara daha yaxşı hazırlaşmağıma kömək edir.
Bəli, Yamal topla əla davranır. Biz tez-tez bir-birimizlə zarafatlaşırıq ki, bu da komanda ruhu üçün yaxşıdır”.
23 yaşlı futbolçu, xüsusilə, hücumun sağ cinahında oynadığı üçün Yamalla tez-tez mübarizə aparmalı olur.
“Barselona” şənbə günü La Liqa matçında “Atletik”lə qarşılaşacaq.

