“Şəkil çəkmək üçün ora gizlicə girməyi planlaşdırmıram”

00:00 İspaniya 80
“Şəkil çəkmək üçün ora gizlicə girməyi planlaşdırmıram”

“İnter Mayami”nin sol cinah müdafiəçisi Jordi Alba “Barselona”nın icazəsi olmadan “Kamp Nou”ya getmək niyyətində olmadığını bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bir neçə şəkil çəkmək üçün “Kamp Nou”ya gizlicə girməyi planlaşdırmıram.

Hamımızın, xüsusən də, uzun illər “Barselona”da olanların stadiona çıxışı var. Amma Lionel Messinin orada şəkil çəkdirməyi planlaşdırdığını bilmirdim”.

Messi bu yaxınlarda gözlənilmədən “Barselona”nın stadionuna gedib və bu, hətta klub prezidenti Xuan Laporta da daxil olmaqla, komandanın bütün işçilərini təəccübləndirib.

Alba 2012-ci ildən 2023-cü ilə qədər “Barselona”da oynayıb. 36 yaşlı futbolçu bu ilin sonunda futbolçu karyerasını bitirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 23:40 “And-aman edirdi ki...”
20 Noyabr 17:50 Çək və bizə göndər!
20 Noyabr 03:20 Jalə qızıla sahibləndi