“Real”ın hücumçusu Endrik “Lion”a keçməyə yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubu yanvarda 19 yaşlı forvardı icarəyə götürəcək.
Bununla belə, braziliyalı futbolçunun maaşının bir hissəsini “Real” özü ödəməyə davam edəcək.
Müqavilədə Endrikin mütləq çıxmalı olduğu minimum oyun sayı da göstəriləcək. O, zədə alsa, “kral klubu” onu geri çağırmaq hüququna sahib olacaq.
Endrik cari mövsümdə La Liqada cəmi 1 matçda meydana çıxıb. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

