“Əgər mən seçkini qazansam...” - Prezidentliyə namizəddən Messi vədi

21:40 İspaniya 149
“Əgər mən seçkini qazansam...” - Prezidentliyə namizəddən Messi vədi

2026-cı ildə “Barselona”da prezidentliyə namizəd olacaq Viktor Font klubun sabiq futbolçusu Lionel Messi ilə bağlı xüsusi vəd verib.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, seçkilərdə qalib gələcəyi təqdirdə edəcəyi ilk zəngin Messiyə olacağını bildirib:

“Messinin qayıdışı? Bir “Barselona” azarkeşi kimi bunu düşünmək belə, məndə həyəcan yaradır. Amma hər şey ondan asılıdır.

Aydındır ki, biz onu istifadə etməməliyik. Məncə, Xuan Laporta (hazırkı prezident) bunu bir neçə dəfə edib və bu, düzgün deyil.

Messidən istifadə etmək olmaz. Ancaq o bilməlidir ki, seçkiləri qazansam, ilk zəngimi ona edəcəm.

Bizim vəzifəmiz klubun gələcəyinə töhfə verə biləcək hər kəslə əlaqə yaratmaqdır”.

Argentinalı futbolçu “Barselona”dan 2021-ci ildə ayrılıb. Klub onunla müqaviləni maliyyə problemləri səbəbindən yeniləyə bilməmişdi.

Digər Xəbərlər
Xəbər Lenti