Premier Liqadan 3 klubun hədəfindədir - “Real”ın hücumçusu

19 Noyabr 01:50 İspaniya 373
Premier Liqadan 3 klubun hədəfindədir - “Real”ın hücumçusu

“Real”ın hücumçusu Qonsalo Qarsiya İngiltərə Premyer Liqasının bir neçə klubu tərəfindən izlənilir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

“Kral klubu” Qarsiya üçün 20 milyon avroluq təklifləri dəyərləndirməyə hazırdır.

Yaxın vaxtlarda “Sanderlend”, “Aston Villa” və “Vulverhempton”un rəsmi şəkildə müraciət edəcəyi gözlənilir.

21 yaşlı hücumçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 9 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. Onun “Real”la müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?