“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bildirib ki, “Barselona” ilə dərin bağlılığına baxmayaraq, klubun prezidenti olmaq fikrində deyil.
Sportinfo.az RAC1-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “Barselona”ya hörmətlə yanaşdığını, ancaq özünü həmin vəzifədə təsəvvür etmədiyini vurğulayıb:
“Kataloniya təmsilçisinin unikallığı onun ətrafında daim çoxlu fikir və diqqətin olmasındadır.
Klubun daxilində olan insanlar hər informasiya dalğasını nəzərə almağa məcburdur və məhz bu, “Barselona”nı dünyanın ən böyük klublarından birinə çevirir.
Mən “Barselona”dan üz döndərmirəm. Hamımız başladığımız yeri xatırlayırıq. Amma qalstuk taxıb prezident lojasında oturmaq? Xeyr, özümü orada görmürəm”.
Qvardiola uzun illər “Barselona”nın futbolçusu olub və daha sonra komandaya baş məşqçi kimi böyük uğurlar qazandırıb.

