“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını başa vurmaq niyyətində deyil.
Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, bu barədə 37 yaşlı futbolçunun agenti Pini Zahavi açıqlama verib:
“Levandovskinin karyerasını bitirəcəyi ilə bağlı şayiələr həqiqəti əks etdirmir. O, hələ də dünya səviyyəli hücumçudur”.
Levandovski 2022-ci ilin yayından bəri “Barselona”da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq.
Polşalı forvard cari La Liqa mövsümündə 9 oyunda 7 qol vurub.

