“Gələcəkdə “qızıl top”u qazanmaq şansım olacaq, öz potensialımı bilirəm”

15 Noyabr 15:40 İspaniya 430
“Gələcəkdə “qızıl top”u qazanmaq şansım olacaq, öz potensialımı bilirəm”

“Barselona”nın hücumçusu Rafinya Dias gələcəkdə “qızıl top” uğrunda mübarizə aparacağına inanır.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu GQ nəşrinə açıqlamasında gələcəkdə “qızıl top”u qazanmaq şansının olacağını bildirib:

“Düşünürəm ki, gələcəkdə “qızıl top”u qazanmaq şansım olacaq. Futbol dövrlərlə doludur, hələ çox ilim var və yeni məqsədlərə çatmaq istəyirəm.

Beşinci yeri (“qızıl top”un səsverməsində) motivasiya kimi qəbul edirəm. Öz potensialımı bilirəm”.

Rafinya cari mövsümdə bütün turnirlərdə 7 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI