“Real” uduzanda insanlar çox danışırlar” - Kilian Mbappe

10:00 İspaniya 71
“Real” uduzanda insanlar çox danışırlar” - Kilian Mbappe

“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe bildirib ki, “kral klubu” iştirak etdiyi bütün turnirlərin qalibi olmağı hədəfləyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard komandanın son iki oyunda uğursuz çıxış etdiyini etiraf edib.

Ancaq o, milli komandaların oyunları üçün olan fasilədən sonra “Real”ın daha güclü qayıdacağını vurğulayıb:

“Real uduzanda insanlar çox danışırlar. Biz hamımız bu mövsüm bütün turnirləri qazanmaq məqsədi ilə birləşmişik”.

Mbappe cari mövsümdə 19 matçda eyni sayda qol vurub və 2 məhsuldar ötürmə verib.

“Real” La Liqada 12 turdan sonra 31 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Barselona”nı 3 xal qabaqlayır. Komandanın UEFA Çempionlar Liqasında 9 xalı var və turnir cədvəlində 9-cudur.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 19:00 "Qarabağ" bizi aldadır!