“Çempionlar Liqasını qazanmaq üçün canımızı verməyə hazırıq”

15 Noyabr 2025 01:40 İspaniya 745
“Çempionlar Liqasını qazanmaq üçün canımızı verməyə hazırıq”

“Barselona”nın yarımmüdafiəçisi Pedri komandası ilə Çempionlar Liqasında qalib gəlmək ehtimalından danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Saçımı qırxmayacam və döymə etdirməyəcəm, anam buna icazə verməyəcək. Çempionlar Liqasını qazansaq, nə vəd edə biləcəyimi bilmirəm.

Əminliklə deyə biləcəyim tək şey odur ki, mən və komanda yoldaşlarım bunun üçün canımızı verməyə hazırıq”.

Kataloniya klubu 2015-ci ildən bəri Çempionlar Liqasını qazana bilməyib.

“Barselona” hazırda Çempionlar Liqasında 4 turdan sonra 7 xalla ümumi turnir cədvəlində 11-ci yerdədir. Komanda 25 noyabrda, Londonda “Çelsi” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!