PSJ-nin təklifini rədd etdi - “Barselona”nın müdafiəçisi

14 Noyabr 2025 22:00 İspaniya 562
PSJ-nin təklifini rədd etdi - “Barselona”nın müdafiəçisi

“Barselona”nın müdafiəçisi Erik Qarsiyanın komandasından ayrılmaq niyyəti yoxdur.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun ispaniyalı futbolçu ilə müqavilənin uzadılmasını tezliklə elan etməsi gözlənilir.

Müdafiəçi “Barselona”da qalmaqda qərarlı olduğundan, PSJ-nin və adı açıqlanmayan digər A Seriyası klublarının təkliflərini rədd edib.

Qarsiyanın klubla yeni müqaviləsinin 2029-cu ilin ortalarına qədər uzadılması gözlənilir. Danışıqlar son mərhələdədir.

Onun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti