"Çox məyus idi, çünki o, hər zaman millidə oynamaq istəyir"

18:40 İspaniya 71
"Çox məyus idi, çünki o, hər zaman millidə oynamaq istəyir"

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo komanda yoldaşı Lamin Yamalla bağlı vəziyyəti şərh edib.

18 yaşlı futbolçu qasıq nahiyəsindəki zədə səbəbindən İspaniya millisinin heyətindən kənarda qalıb.

Sportinfo.az xəbər verir ki, Olmo “Barca Universal”-a açıqlamasında Yamalın çox məyus olduğunu deyib:

“Yamal çox məyus idi, çünki o, hər zaman millidə oynamaq istəyir. Amma burada ola bilmirsə, deməli, hələ yüz faiz hazır deyil.

“Barselona” ilə yığma komanda arasında heç bir problem yoxdur, münasibətlər əladır. Həm klub, həm də millidə hamı istəyir ki, Yamal tam formaya qayıtsın”.

İspaniya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 15-də Gürcüstanla, 18-də isə Türkiyə yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti