“Barselona” yaxından izləyir - “Qarabağ”ın rəqibinin yarımmüdafiəçisini

18:20 İspaniya 122
“Barselona” yaxından izləyir - “Qarabağ”ın rəqibinin yarımmüdafiəçisini

“Napoli”nin yarımmüdafiəçisi Skott Maktomineyin “Mançester Yunayted”ə qayıdışı mümkün görünür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 28 yaşlı, klubun öz yetirməsi olan futbolçunu yenidən heyətə qatmaq variantını nəzərdən keçirir.

Maktomineylə maraqlanan tək klub “Mançester Yunayted” deyil. Onun xidmətində maraqlı olanlar arasında “Nyukasl” və “Tottenhem” də var.

Bundan başqa, ingiltərəli futbolçunun çıxışını “Barselona” da yaxından izləyir.

O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 14 matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti