“Real” Bakıya gələcək ulduzlarına görə narahatdır

14 Noyabr 00:30 İspaniya 464
“Real” Bakıya gələcək ulduzlarına görə narahatdır

“Real” Fransa millisinə çağırılan futbolçularına görə narahatdır.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi yarımmüdafiəçi Eduardo Kamavinqa və hücumçu Kilian Mbappenin yığmanın heyətində zədələnmələrindən qorxur.

“Kral klubu”, xüsusən də, Kamavinqanın qarşıdakı görüşlərdə iştirakının əleyhinədir. Çünki orta sahə oyunçusu zədəsini yeni sağaldıb və hazırda yalnız fərdi məşqlərlə kifayətlənir.

“Real” həkimlərin bununla bağlı rəyini Fransa Futbol Federasiyasına çatdırıb. Mbappenin isə əvvəlki zədəsini təzələmək ehtimalı klub rəhbərliyini təşvişə salır.

Fransa yığması noyabrın 16-da Bakıda Azərbaycan millisinin qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!