“Barselona” niderlandlı yarımmüdafiəçinin transferi ilə ciddi maraqlanır

14 Noyabr 2025 00:00 İspaniya 649
“Barselona” niderlandlı yarımmüdafiəçinin transferi ilə ciddi maraqlanır

“Barselona”“Liverpul”un niderlandlı yarımmüdafiəçisi Rayan Qravenberxin transferi ilə ciddi maraqlanır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Məlumata görə, Kataloniya təmsilçisi 23 yaşlı futbolçu üçün İngiltərə klubuna 50 milyon avro təklif etməyə hazırlaşır və bu məbləğin danışıqların başlanması üçün kifayət edəcəyinə inanır.

Hansi Flikin komandası müdafiəyə meylli, oyunu sərtləşdirən və səmərəli ötürmələr edən yarımmüdafiəçi axtarır. Qravenberxin isə bu tələblərə tam uyğun olduğu bildirilir.

Bu mövsüm futbolçu “Liverpul”un heyətində bütün turnirlər üzrə 12 oyun, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti