“Messinin “Barselona”ya qayıtması? Bu barədə danışmaq yersizdir”

18:40 İspaniya 80
“Messinin “Barselona”ya qayıtması? Bu barədə danışmaq yersizdir”

“Barselona”nın prezidenti Xuan Laporta argentinalı hücumçu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışı barədə açıqlama verib.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər ki, o, Messinin “Barselona”ya qayıtması barədə danışmağın yersiz olduğunu bildirib:

“Messi ilə hər şey istədiyimiz kimi olmadı. Onun “Barselona”ya qayıtması? Bu barədə danışmaq yersizdir”.

Messi “Barselona”nın yetirməsidir və əsas komandada 2005–2021-ci illərdə çıxış edib. O, hazırda MLS-də – “İnter Mayami” klubunda oynayır. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin sonunda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti