İtaliya klubuna getməyəcək - "Qarabağ"a iki qol vuran hücumçu

13 Noyabr 2025 10:00 İspaniya 732
İtaliya klubuna getməyəcək - "Qarabağ"a iki qol vuran hücumçu

“İnter” “Atletik”in forvardı Qorka Quruzetanı transfer etməyə yaxın olsa da, bunu reallaşdıra bilməyib.

Sportinfo.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “nerazzura” “Atletik”ə istədiyi məbləği təklif etməyib.

Maliyyə məsələsində razılıq olmadığı üçün Bilbao klubu 29 yaşlı futbolçunu “İnter”ə satmaq fikrindən daşınıb.

Quruzetanın Bilbao təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. “Atletik”in yetirməsi olan Quruzeta “Sabadell” və “Amorebieta” klublarında çıxış edib.

Çempionlar Liqasının 3-cü turunun “Atletik” – “Qarabağ”(3:1) matçında Quruzeta dublla yadda qalmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!