“Barselona”nın zədələnmiş futbolçularının bərpa prosesi ilə bağlı yeni məlumatlar açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Barça Universal” nəşri məlumat yayıb.
Bildirilib ki, qapıçı Joan Qarsiya və hücumçu Rafinya La Liqanın növbəti turunda – noyabrın 22-də baş tutacaq “Atletik Bilbao” ilə oyuna qədər sağalaraq komandanın sərəncamında olacaq.
Gənc ulduz Lamin Yamal isə təxminən 8-10 gün meydana çıxa bilməyəcək. Pedrinin dekabrın ortalarında, Mark-Andre ter Ştegenin yanvarda, Qavinin isə yalnız fevralda bərpa olunaraq oynamağa başlaması gözlənilir.
Hazırda “Barselona” turnir cədvəlində 28 xalla ikinci pillədə qərarlaşıb və lider “Real Madrid”dən 3 xal geri qalı

