İspaniya millisindən kənarlaşdırıldı - Lamin Yamal

18:40 İspaniya 96
İspaniya millisindən kənarlaşdırıldı - Lamin Yamal

“Barselona”nın hücumçusu Lamin Yamal İspaniya millisinin heyətindən çıxarılıb.

Sportinfo.az xəbər verir ki, İspaniya Futbol Federasiyası bu qərarla bağlı rəsmi açıqlama yayıb və futbolçunun tibbi müayinəsinin milli komanda ilə razılaşdırılmamasından təəccübləndiklərini bildiriblər.

Federasiyanın yaydığı açıqlamya görə, 10 noyabrda – millinin rəsmi məşq toplanışı günündə, Yamal eyni gün səhər saatlarında invaziv radiofrekans proseduru (bədənin müəyyən nahiyəsində ağrını azaltmaq və ya zədələnmiş toxumaları müalicə etmək üçün həkim tərəfindən edilən xüsusi tibbi müdaxilə) keçib.

Bu prosedur millinin tibbi heyəti xəbərdar edilmədən həyata keçirilib və detalları federasiya yalnız gecə saat 22:40-da təqdim olunan hesabatdan öyrənib.

Hesabatda futbolçunun 7–10 gün istirahət etməsi tövsiyə olunub.

İspaniya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 15-də səfərdə Gürcüstan, noyabrın 18-də isə doğma meydanda Türkiyə yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti