“Barselona”nın 37 yaşlı hücumçusu gələn il karyerasını bitirə bilər

12:00 İspaniya 77
“Barselona”nın 37 yaşlı hücumçusu gələn il karyerasını bitirə bilər

“Barselona”nın 37 yaşlı hücumçusu Robert Levandovski mövsümün sonunda futbolçu karyerasını başa vura bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Polşalı forvard klubla yeni müqavilə imzalanmasa, peşəkar futbolçu kimi fəaliyyətini dayandırmağı düşünür. Hazırkı sözləşmənin müddəti 2026-cı ilin iyununda başa çatacaq.

Levandovski 2022-ci ildən Kataloniya klubunun formasını geyinir. O, cari La Liqa mövsümündə 9 oyunda meydana çıxaraq 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 12:00 Vinisius satılacaqmı?