Səudiyyə Ərəbistanı klubları da onu transfer etmək niyyətindədir

7 Noyabr 2025 22:00 İspaniya 763
Səudiyyə Ərəbistanı klubları da onu transfer etmək niyyətindədir

“Real”ın müdafiəçisi Antonio Rüdiger yaxın vaxtlarda klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

32 yaşlı futbolçunun karyerasını davam etdirməsi üçün bir neçə variant var. Onunla maraqlanan klublardan biri almaniyalı oyunçunun sabiq komandası – “Çelsi”dir.

Bundan başqa, Səudiyyə Ərəbistanı klubları da onu transfer etmək niyyətindədir.

Rüdiger 2022-ci ilin yayından “Real”da çıxış edir. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!