Millinin xanım futbolçusunu öpən vəzifəli şəxsə hökm oxundu - FOTOLAR

22 Fevral 15:40 İspaniya 825
Millinin xanım futbolçusunu öpən vəzifəli şəxsə hökm oxundu - FOTOLAR

İspaniya Milli Məhkəməsi millinin futbolçusu Cennifer Hermosonu öpən İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubialesə hökm oxuyub.

Sportinfo.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Bildirilib ki, Rubiales 10 min 800 avro cərimə ödəməli olacaq. Bundan əlavə, ona bir il müddətində Hermosoya 200 metrdən yaxın məsafədən yaxınlaşmaq qadağa olunub.

Məlumata görə, sabiq Federasiya rəhbərinin 2,5 il müddətinə həbs olunması istənilirdi.

İspaniyanın İngiltərəni məğlub etdiyi (1:0) DÇ-2023 finalından sonra keçirilən mükafatlandırma mərasimində millinin qələbəsinə sevinən Rubiales Hermosonu qucaqlayıb və dodaqlarından öpüb.

Futbolçunun şikayətindən sonra cinayət işi açılıb. Tənqidlərdən sonra vəzifəsindən istefa verib.

Həmçinin Rubiales üç il müddətinə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb.



Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu