“O, gecikdi - Bizdə aydın bir qayda var, bu, baş verməməlidir”

18 Fevral 18:40 İspaniya 698
“O, gecikdi - Bizdə aydın bir qayda var, bu, baş verməməlidir”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiəçi Jül Kundenin cəzalandırılması ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis son oyundan sonra keçirilən mətbuat konfransında Kundenin əsas heyətdə yer almamasının səbəbini belə əsaslandırıb:

“Kunde toplantıya gecikdi, ona görə də o, əsas heyətdə deyildi. Oyundan əvvəl iki-üç görüş keçiririk.

Məncə, vaxtında gəlmək o qədər də çətin deyil. O, bu görüşlərə gecikdi. Bizdə aydın bir qayda var. Bu baş verməməlidir”.

Fransalı futbolçu kataloniyalıların minimal hesablı qələbəsi ilə (1:0) başa çatan “Rayo Valyekano” ilə matçda start heyətində yer almayıb. Flik onu matçın 66-cı dəqiqəsində meydana buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var