İtaliya klubunun 60 milyon avroluq təklifindən imtina etdi - “Barselona”

17 Fevral 10:20 İspaniya 420
İtaliya klubunun 60 milyon avroluq təklifindən imtina etdi - “Barselona”

“Yuventus” qış transfer pəncərəsində “Barselona”nın müdafiəçisi Ronald Arauxonu transfer etməyə çalışıb.

Sportinfo.az xarici KiV-ə istinadən xəbər verir ki, Turin klubu uruqvaylı futbolçunu yanvarda əsas hədəflərindən biri kimi müəyyənləşdirib və onun üçün 50 milyon avro və 10 milyon bonus ödəməyə hazır olduğunu bildirib.

Lakin Arauxo qalmağı və Kataloniya klubu ilə müqaviləsini 2031-ci ilə qədər uzatmağı seçib.

25 yaşlı müdafiəçi bu mövsüm 8 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, zədə səbəbindən mövsümün ilk yarısını buraxmalı olub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 20:00 Çək və bizə göndər!
20 Aprel 11:30 Həm SİZ, həm BİZ...