39 yaşlı ulduz karyerasını bu yay başa vuracaq, yoxsa ərəblərin yanına gedəcək?

17 Yanvar 15:40 İspaniya 908
39 yaşlı ulduz karyerasını bu yay başa vuracaq, yoxsa ərəblərin yanına gedəcək?

“Real”ın yarımmüdafiəçisi Luka Modriç gələcək seçimlərini nəzərdən keçirir.

Xorvatiyalı futbolçu çox güman ki, 13 illik “Real” karyerasını gələn yay sonlandıracaq.

Payızda 40 yaşını qeyd edəcək Modriç karyerasını bitirmək variantını belə, istisna etmir. Bununla belə, ona müxtəlif ölkələrin klublarından da təkliflər gələcək.

Sportinfo.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “Əl-İttihad” Modriçlə müqavilə imzalamaq imkanını ciddi şəkildə nəzərdən keçirir.

Səudiyyə Ərəbistanı klubu xorvatiyalı yarımmüdafiəçiyə müqavilə ilə böyük pul təklif etməyə hazırdır. “Əl-İttihad”da Modriç Kərim Benzema ilə yenidən bir araya gələ bilər.

Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 20:00 Çək və bizə göndər!
16 Fevral 11:30 Bir də BUNA BAX!
16 Fevral 01:10 Azərbaycanın QAZANCI