Türkiyə klubu tanınmış şəxsi baş məşqçi postuna gətirdi - 1,5 illik müqavilə

15 Yanvar 2025 00:00 İspaniya 1 248
Türkiyə klubu tanınmış şəxsi baş məşqçi postuna gətirdi - 1,5 illik müqavilə

"Antalyaspor"un yeni baş məşqçisi bəlli olub.

Sportinfo.az xəbər verir ki, komandanı Emre Belözoğlu çalışdıracaq.

O, bu vəzifədə "Fənərbaxça"da birgə çıxış etdiyi Aleks de Souzanı əvəzləyib. Antalya klubu onunla 1,5 illik müqavilə imzalayıb.

Son olaraq "Ankaragücü"nü çalışdıran Emre Belözoğlu 2024-cü ilin iyul ayından işsiz idi.

Türkiyə millisinin sabiq üzvü "Başakşehir" və "Fənərbaxça" nın da baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi