İngiltərəli müdafiəçi üçün hərəkətə keçdi - “Real”

1 Dekabr 2024 21:40 İspaniya 764
İngiltərəli müdafiəçi üçün hərəkətə keçdi - “Real”

İngiltərə millisinin və “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold “Real” üçün prioritet transfer hədəfidir.

Sportinfo.az “Talksport”-a istinadən xəbər verir ki, “kral klubu” artıq mersisaydlılara ingiltərəli futbolçunu almaq niyyəti barədə məlumat verib.

“Real” bu barədə açıqlama verməmiş ola bilər, çünki 26 yaşlı müdafiəçinin yayda müqaviləsi başa çatacaq və yanvardan etibarən digər klublarla danışıqlar aparmaqda sərbəstdir.

Bununla belə, madridlilər ona hörmət göstərmək qərarına gəliblər.

Aleksander-Arnold cari mövsümdə “Liverpul”un heyətində 15 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu