Daha bir mükafata namizəd oldu – "Real"ın yeni ulduzu

29 Fevral 2024 21:40 İspaniya 466
Daha bir mükafata namizəd oldu –

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem ilin “Laures Performance” mükafatına namizəd olub.

Sportinfo.az xəbər verir ki, mükafata iddialılar arasında – “Barselona”da çıxış edən ispaniyalı futbolçu Salma Paralluelo və “Real”ın kolumbiyalı futbolçusu Linda Kaysedo (qadınlar), amerikalı tennisçi Koko Qauff, çinli üzgüçü Qin Hai Yang və şotlandiyalı idmançı Coş Kerr də var.

Aprelin 22-də Madriddə “Laureus World Sports Awards” mərasimi keçiriləcək.

Bellingem bu mövsüm 29 oyun keçirib, 20 qol vurub və 8 məhsuldar ötürmə edib. 20 yaşlı yarımmüdafiəçinin “Real”la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR